20 illik fəaliyyətini qeyd edən “Bank of
Baku” korporativ sosial məsuliyyəti çərçivəsində özünün yeni layihəsini
təqdim edir. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Bank of
Baku” Azərbaycanın üç əsas şəhəri - Bakı, Gəncə və Sumqayıtda -
“Telefonumuza deyil, uşaqlarımıza daha çox zaman ayıraq” adlı
genişmiqyaslı sosial aksiyaya start verir. Aksiyanın
ideyası mövcud reallıqdan meydana gəlib. Belə ki, bu gün bir çox
valideynlər mobil texnologiya və sosial şəbəkələrə hədsiz dərəcədə çox
zaman ayırırlar. Aksiya nın məqsədi - uşaq və valideynlərin birgə vaxt keçirməsi üçün bayram əhval-ruhiyyəsin i yaratmaqdır. ”Ban k
of Baku”-nun “Nağıllar Şəhərciyi” uşaqların sadəcə şən vaxt keçirdiyi
yer deyil, onların yeni biliklərə yiyələnəcəyi məkan olacaq. ”Bank of
Baku” ümidvardır ki, aksiya heç bir uşağı biganə qoymayacaq. Uşaqların aksiyada iştirakı tamamilə pulsuzdur.
Aksiya
çərçivəsində şəhərin mərkəzi küçələrində (ünvanlar aşağıda qeyd edilib)
saat 15.00-dan 19.00-a kimi müxtəlif əyləncə növləri təşkil ediləcək:
- Valehedici sabun köpüyü şousu
- Face art - üzdə rəngləmə
- Lego fiqurları ilə oyunlar
- Kloun, sehrbaz və jonqlyorun çıxışları
- Nağıl qəhrəmanlarının sərgüzəştləri və sairə.
Keçirilmə məkanları:
- Bakı, Fəvvarələr meydanı,“Azərbay can” kinoteatrının ətrafı
- Gəncə, Xan Bağı
- Sumqayıt, Nəsimi Parkı, “Göyərçin” heykəlinin ətrafı.
Tarix:
1 iyun 2014-cü il.
Saat: 15.00-19.00
Ətraflı məlumat:
145 Məlumat Xidməti
Bank of Baku
Hiç yorum yok:
Yorum Gönder