18 May 2014

Azərbaycanda qəbul imtahanı keçirilib

  • Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1 və 4-cü ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilib. Ümumilikidə imtahan respublikanın 11 şəhərində 34 binada təşkil olunub. Space TV-dən cavabları izləyə bilərsiniz. İzləmək üçün:

Milli.Az Kəpəz Tv-yə istinadən bildirir ki, bu gün ali təhsil müəssisələrinə və orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul omaq istəyən əvvəlki ilərin məzunları üçün 2 ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. Ümumilikdə imtahanlara 18773 abuturiyentin iştirakı nəzərdə tutulub ki, onlardan da 13856 abituriyent 1-ci qrup üzrə, 4917 abuturiyent 4-cü qrup üzrə imtahan veriblər. İmtahanın idarə olunmasında 152 imtahan rəhbəri və orta təhsil müəssisələrindən 1619 nəzarətçi müəllim cəlb olunub. İmtahanlar respublika üzrə eyni vaxta saat 11:00-da başlayaraq 14:00-da başa çatıb.

Vüqar Əsgərov - TQDK-nın Gəncə Regional Bölməsinin əməkdaşı: “Gəncə şəhərində 4 məktəbdə imtahan aparılıb. Bunlar 15,14, 23 və 43 nömrəli məktəblər olub. İmtahanlarda ümumilikdə 191 nəzarətçi müəllim cəlb olunub. İmtahanlarda Gəncə üzrə 2181 nəfər abituriyent iştirak edib. Artıq imtahanlar başa çatdı, nəzarətimizdə olan 15 nömrəli məktəbdə heç bir neqativ hal baş verməyib”.

Xatırladaq ki, 1 və 4 ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün təşkil olunan imtahanların nəticələri növbəti həftədə məlum olacaq.

Qeyd edək ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlər ixtisas seçimini internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək apara biləcəklər. 

Resurs: Milli.az
Space tv: http://www.myvideo.az/?act=dvr&chan=space

Hiç yorum yok:

Yorum Gönder