1969-cu ildə Azərbaycan rəhbərliyinə irəli çəkilən Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədilə totalitar rejimin qanunları altında Azərbaycanda milli- mənəvi dəyərləri qorumaqla, tərəqqiyə, elm və təhsilin yüksəlməsinə nail olmaq üçün düşünülmüş elmi siyasət yeritməyə nail olub. Rəhbərlikdə olduğu 1969-1982-ci illərdə Azərbaycan dövlətinin diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri elmin və təhsilin inkişafına qayğının artırılması hesab olunurdu. İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən belə bir inkişaf konsepsiyası hazırlandı ki, milli dövlətçilik prinsipləri içərisində milli təhsil sistemi əsas yerlərdən birini tutmalıdır. Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu ideyasının əsasında o dururdu ki, müstəqilliyin əbədiliyi, demokratiyanın inkişaf yolu məhz təhsildən keçir. Odur ki, Heydər Əliyevin işləyib hazırladığı strategiyanın əsas xətti milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli təhsil sisteminin yenidən qurulması idi.
Məleykə Əlizadə-ADAU-nun kafedra müdiri: “1969-1682-ci illərdə Azərbaycanın təkcə şəhərlərində deyil, ən ucqar kəndlərində belə məktəb tikintisi həyata keçirilmişdir. Bütün bunların həyata keçirilməsində bir məqsəd var idi. Azərbaycan övladlarının təhsil alması və öz təhsillərini davam etdirməsi. Təkcə bir faktı qeyd etmək lazımdır ki, ulu öndərin hakimiyyətinin ilk dövründə azərbaycanlı gənclərin Rusiyanın ali məktəblərinə təhsil almaq üçün göndərilmələri hər il artıq bir ənənəyə çevrilmişdi. Bunda da öz məqsədi var idi ulu öndərin: çünki o çox gözəl bilirdi ki, gələcəkdə azərbaycanlı gənclər Rusiyanın bir çox şəhərlərində Azərbaycanın təbliğatı ilə məşğul olacaqlar”.
Ölkənin iqtisadi cəhətdən çox ağır bir dövr yaşadığını daim öz çıxışlarında vurğulayan Heydər Əliyev ümumtəhsil işçilərində təşəbbüskarlığın artırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə, xüsusilə qaçqın uşaqlarının oxuduğu məktəblərin maddi ləvazimat, dərsliklərlə təminatına diqqətin artırılmasına, işin əsas istiqamətlərindən biri kimi xüsusi qiymət verirdi. Bu sahədə ilk ciddi addımlar layihə proqramları əsasında həyata keçirildi. Belə ki, 1994-1995-ci dərs ilində YUNİSEF xəttilə respublikanın internat və qaçqın məktəbləri müxtəli növ məktəb ləvazimatları ilə təmin olundu.
Heydər Əliyev dərsliklərin nəşrinə vəsaitin ayrılmasına da xüsusi diqqət yetirirdi. Respublika Nazirlər Kabinetinin 25 avqust 1994-cü il “ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə təminatı məsələləri haqqında” qərarı 1995-96-cı dərs ilindən ibtidai siniflərə dərsliklərin pulsuz verilməsini, həmçinin V-XI sinif dərsliklərinin yalnız yerli təhsil şöbələrinin xəttilə məktəblərdə satışının həyata keçirilməsini məqsədəuyğun hesab etdi.
Heydər Əliyevin həyata keçirdiyi ən humanist addımlardan biri də Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında fərmanı oldu. Fərmanda elm, texnika, mədəniyyət və incəsənət sahələrində və idmanda fərqlənən, həmyaşıdları arasında yüksək göstəricilər nümayiş etdirən şagirdlərin “Qızıl kitabı”nın təsisi və onunla əlaqədar “Gənc istedadlar fondu”nun yaradılması haqda qərar qəbul etdi. Sözsüz ki, bu da öz növbəsində həmin dövr üçün mütərəqqi bir hadisə hesab olunurdu.
Məleykə Əlizadə - ADAU-nun kafedra müdiri: “Azərbaycanda yerli hərbi kadrların yetişdirilməsi sahəsində də ulu öndərin böyük xidməti var. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Naxçıvanski adına hərbi məktəbin tikilməsi də, açılması da ulu öndərin adı ilə bağlıdır. Azərbaycanda bir sıra universitetlərin yaradılması, Azərbaycan universitetlərində yeni ixtisasların yaradılması, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması, bütün bunlar hamısı ulu öndərin adı ilə bağlıdır”.
Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni fərman imzaladı. Fərman təhsil sisteminin əsaslı şəkildə inkişafına, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı. 2002-ci ilin sentyabrında Suraxanı rayonundakı 275 nömrəli məktəbdə olarkən Heydər Əliyev bu barədə demişdir: "Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması və təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm". Və çox keçmədi ki, həmin ilin oktyabr ayında "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalandı. Bu sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yaradılmasında ciddi dönüşə səbəb oldu. Nəinki, təhsil siyasətinin həyata keçirilməsində, ümumən, ölkənin bütün sahələrində inkişafın təmin edilməsi üçün ümummilli lider Heydər Əliyev əlindən gələn hər nə varsa, onu heç vaxt xalqından əsirgəməyib.
Heydər Əliyev həyatın ona bəxş etdiklərini xalqının rifahı üçün çəkinmədən sərf etdi. Elə buna görə də xalq-Heydər -deyəndə bu fenomen insan da yalnız xalqım deyərək, onların üzündə təbəssüm və xoşbəxtlik ləçəyini yetişdirmək üçün çalışdı. Böyük əmək və zəhmət bahasına ölkəsini zirvələrə ucaltmaqla bərabər, özü də zirvələrə ucaldı. Ancaq, bütün dünyanın beynində və xalqının qəlbində özünə əbədilik qazandı.

Elnur İsmayılbəyli
Hiç yorum yok:
Yorum Gönder