Təhsilin
keyfiyyətinin yüksəldilməsi və qabaqcıl təhsil sistemlərinə inteqrasiyanın təmin
edilməsi məqsədilə respublikamızın təhsil sahəsində İslahat Proqramının və
kurikulum islahatının həyata keçirilməsində xeyli irəliləyişlər əldə
olunmuşdur.
Fənn
kurikulumlarının reallaşdırılması üçün məzmun standartlarının, təlim
strategiyalarının, qiymətləndirmə meyarlarının düzgün seçilməsi mühüm amillərdən
biridir.
Müəllim
dərslərdə məzmun standartları seçərək təlimin məqsədini, dərsin forma və
üsullarını, təlim tapşırıqlarını, qiymətləndirmə meyarlarını və vasitələrini müəyyənləşdirməli,
cari planı reallaşdırmağa nail olmalıdır.
Mən təlim
proseslərində çalışıram ki, bütün şagirdləri təlimə fəal şəkildə cəlb edə
bilim. Onların idrakı, ictimai və fiziki inkişafının təmin olunması təlimin təşkilində
verilən tələblərə cavab versin. Çalışıram ki, dərs zamanı hər bir şagirdim üçün
dəstəkləyici mühit yarada bilim, pedaqoji prosesin tamlığını təmin edə bilim, təlimdə
bərabər imkanlar yaradım, fəaliyyətlərinin stimullaşdırılmasına nail ola bilim.
Məlumdur
ki, fənn kurikulumlarının tətbiqi bu gün təlimin nəticələr üstündə qurulmasını
və interaktiv formada təşkilini tələb edir. Şagirdlərin həyati bacarıqlar
qazanmasına, müasir təfəkkürə malik şəxsiyyət kimi formalaşmasına zəmin
yaradır.
Yeni
təlim texnologiyalarının öyrənilməsi və fənn kurikulumlarının tətbiqi ilə əlaqədar
iştirak etdiyim kurslar mənə təlim-tərbiyə prosesinin səmərəli təşkili üçün nələrin
daha vacib olduğu təcrübəsini qazandırdı. Belə ki, mən çalışıram ki, təlimin məqsədlərini
müəyyənləşdirərkən, yalnız öyrədici deyil, bununla yanaşı inkişafetdirici və tərbiyəvi
məqsədlər də ön planda olsun.
Yalnız
Ana dili, Riyaziyyat, Həyat bilgisi deyil, bütun fənlərin tədrisində, o cümlədən,
texnologita, təsviri incəsənət, fiziki tərbiyə dərslərində də bu məqsədlərin
reallaşmasına çalışıram.
Texnologiya fənni şagirdlərin
texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların
formalaşmasına zəmin yaradan fəndir. Həmçinin bu fənn təhsilin sonrakı mərhələlərində
təhsillərini davam etdirmək üçün şagirdlərin zəruri bilik və bacarıqlara yiyələnmələrinə
xidmət edir. Bu fənn şagirdlərin emal texnologiyalarından müstəqil həyatda
istifadə etmələrinə, yaradıcı qabiliyyətinin formalaşdırılmasına hərtərəfli şərait
yaradır. Həmçinin şagirdlərdə gələcəkdə texniki sahələrə maraq yaratmaqla bu
sahələr üzrə təhsillərini davam etdirmələrinin ilkin təməli yaranır.
Müşahidələrimə əsasən
deyə bilərəm ki, texnologiya fənninin tədrisi zamanı şagirdlər problemin həlli
üçün ideyalar irəli sürür, sadə texnoloji işləri yerinə yetirir və onlarda nəticələri
qiymətləndirmək bacarığı formalaşır. Bu fənnin tədrisi şagirdlərin xarakterinin
formalaşmasına, onların estetik, mənəvi, intellektual inkişafına, texnoloji
bacarıqlar əldə etmələrinə şərait yaradır.
I sinifdə
texnologiya fənnindən –Plastilin bağlardan “Şəkillər” Göy qurşağı mövzusunun tədrisi
zamanı yuxarıda deyilənlərin həyata keçirilməsinə nail olmaq mümkündür.
Motivasiya mərhələsindən başlayaraq
şagirdlər problemin həlli üçun fikirlər, ideyalar irəli sürürlər. Bu zaman
onlara fikirlərini sərbəst ifadə etmələri üçün şərait yaradıram. Sonra hər
qrupa bu işi müxtəlif vasitələrdən göy qurşağı rənglərini seçib plastilindən
göy qurşağı hazirlamaq tapşırıram. Şagirdlər tapşırığı yerinə yetirərkən
müşahidələrim zamanı onların öz aralarında məsləhətməşmələr apardıqlarının,
işin daha gözəl alınması üçün göstərdikləri səyin sadə texnoloji işləri yerinə
yetirərkən bacarıqlar əldə etmələrinin şahidi oluram. Həmçinin işlərin təqdimatı
zamanı başqa qrupların göy qurşağı haqqında verdikləri əlavə məlumatlar (ana
dilindən, həyat bilgisindən öyrəndikləri) onların intellektual inkişafına şərait
yaradır.
Müasir dövrdə elə
vəziyyət yaranmışdır ki, insan öz texnoloji bacarıqları sayəsində universal
istehsal sahələrində fəaliyyət göstərə bilməlidir. Şagirdlərdə həyati
bacarıqların formalaşması baxımından “Texnologiya” fənni böyük əhəmiyyət
daşıyır.
Texnologiya
fənninin tədrisi zamanı çalışıram ki, şagirdlərin yaradıcılıq qabiliyyətini
inkişaf etdirim. Onların problemlərin həlli üçün yeni fikirlər irəli sürməsinə
şərait yaradım. Həmçinin bu fənnin tədrisində şagirdlərin estetik, intellektual
inkişafına təkan vermək məqsədilə “öyrənməyi öyrətmək” prinsipinə əməl etməyə çalışıram.
Praktik
işlərdə şagirdlərin psixomotor faliyyətlərinin inkişafına zəruri vərdişlərə yiyələnmələrinə
diqqət yetirirəm.
İlk dərslərdə
şagirdlərə emal materialları, emal vasitələri, emal texnologiyaları haqqında
geniş məlumat verirəm. Bir neçə dərsdən sonra şagirdlər bu haqda xeyli məlumata
malik olurlar.
Fənn
üzrə məzmun standartlarının, inteqrasiyanın reallaşmasına əsaslanaraq fəal təlim
metodu ilə qurulmuş texnologiya fənni üzrə hər bir dərs ətraflı, dərin bilik
bazası yaradır.
Onu
da qeyd etmək istərdim ki, ibtidai siniflərdə tədris olunan fənlər eyni müəllim
tərəfindən aparıldıqda, həm üfüqi, həm də şaquli inteqrasiya üçün çox böyük,
geniş imkanlar yaranır.
II
sinif Texnologiya fənnindən “Kağızı” cırma üsulu ilə aplikasiya. “Dəniz”
mövzusunun tədrisi zamanı Həyat bilgisi, eləcə də Təsviri incəsənət fənni ilə əhatəli
inteqrasiya yaratmaq mümkündür. Belə ki, dərs zamanı şagirdlər varlıq və hadisələri
xarakterik əlamətlərinə görə qruplaşdıra bilirlər. Bu zaman Həyat bilgisindən
öyrəndikləri onların fikirlərini sərbəst ifadə etmələrinə kömək edir. Həmçinin
keçilmiş sənət nümunələrinin onlarda yaratdığı əhval-ruhiyyəni yaş səviyyələrinə
uyğun şərh edərək təsviri incəsənətlə əlaqə yaratmış olurlar. Şagirdlər belə
fikirlər söyləyirlər:
v Cırma
üsulu ilə aplikasiya həcmli görünür.
v Bu
aplikasiyaya baxdıqca özünü dəniz sahilində hiss edirsən.
v Kağız
cırıldığı üçün görünən ağ xətlər dəniz dəniz dalğalarını daha canlı göstərir.
Təsviri
incəsənət fənni uşağın yaradıcılıq qabiliyyətinin inkişafı üçün ilkin vərdişlər
verir. Bu fənn vasitəsilə şagirdlərdə dünyanın təbii və özünəməxsus şəkildə dərk
edilməsini formalaşdırmaqla yanaşı, onların şüurlarında müxtəlif obraz və
epizodların canlanması nəticəsində şəxsi təcrübəsi zənginləşir. Təsviri incəsənət
şagirddə görmə, müşahidə bacarığını inkişaf etdirir ki, bu da uşağın şəxsi
keyfiyyətlərini formalaşdıran əsas amillərdən biridir.
Məlumdur
ki, son məqsəd şagirdə yalnız bilik vermək deyildir. Bilik vasitədir. Son məqsəd
isə şagirdə praktik bacarıq verməklə yanaşı, onu hərtərəfli ölkə vətəndaşı kimi
formalaşdırmaqdır. Məhz şagirdin estetik
dünyagörüşünün, intellektinin, yaradıcılığının formalaşmasında təsviri incəsənət
fənninin müstəsna əhəmiyyəti vardır.
Təsviri
incəsənət fənnindən (II sinif) “Yarpaqlardan naxış quraq” mövzusunun tədrisi
zamanı məqsədin şagirdlərin yarpaqlardan naxış düzəldərək sadə dekorativ
kompozisiyalar tərtib etmələridir. Bununla yanaşı, çalışıram ki, təlim zamanı
şagirdlərin görmə, müşahidə bacarığını inkişaf etdirməklə estetik dünya
görüşünün, intellektinin, yradıcılığının formalaşmasına da nail ola bilim.
Dərs
zamanı şagirdlərin rəngarəng fikirləri mən də inam yaradır ki, təlimin məqsədinə
nail ola biləcəyəm.Təlim prosesi zamanı şagirdlərin irəli sürdüyü fikirlər:
v Yarpaqlar
müxtəlif formalarda olur.
v Payız
yarpaqları müxtəlif rəngdə olur.
v Müxtəlif
rəngli yarpaqlar təbiəti daha da gözəl, rəngarəng edir.
v Bəzək
məqsədilə yarpaqlardan müxtəlif naxışlar qurmaq olar.
v Çərçivə
daxilində müxtəlif fiqurları və ya “güldanda gül” kompozisisyalarını
yarpaqlardan qura bilərik.
v Həmçinin
şagirdlər bu dərs zamanı məmulatların hazırlanmasında sadə tərtibat
bacarıqlarını nümayiş etdirirlər, həm də müşahidə etdiyi əşya, hadisələr və şəkillər
üzrə danışa bilirlər.
Təsviri incəsənət fənni ana dili,
riyaziyyat, musiqi, həyat bilgisi, texnologiya və s. fənlərlə çox sıx əlaqədə tədris
olunur. Belə ki, bu fənlərdən mənimsənilmiş bilik və bacarıqların möhkəmləndirilərək
fərqli konteksdə sistemli yanaşma tərzi ilə təsviri incəsənət dərslərində tədrisi
böyük əhəmiyyətə malikdir.
Mən təsviri incəsənət fənninin tədrisi
zamanı çalışıram ki, təxəyyülü, düşüncəni inkişaf etdirim. Bu zaman şagirddə
müzakirə etməklə yanaşı, tədqiqat aparmaq bacarığı da formalaşır. Təlim prosesi
zamanı ətraf aləm haqqında təsəvvürlərini dəqiqləşdirməyə və dərketmə proseslərini
gücləndirməyə xüsusi fikir verir, lazım gəldikdə şagirdlərin hər hansı bir rəsm
əsəri haqqında müzakirələr aparmasına, rəy bildirməsinə şərait yaradıram. Həmçinin
təlim prosesi zamanı şagirdi bədii-estetik cəhətdən inkişaf etdirməklə yanaşı,
dünya xalqlarının mədəniyyəti, tarixi və milli adət-ənənələri haqqında biliklərini
zənginləşdirməyə çalışıram.
Təsviri incəsənət fənni üzrə təlimin təşkili
zamanı şagirdlərin ümumi inkişafı diqqət mərkəzində dayanır. Xüsusilə, şagirdlərin
idraki,hissi və psixomotor bacarıqları inkişaf etdirilir. Həmçinin şagirdlərin
meyil və maraqları da nəzərə alınmalıdır. Təlimin ənənəvi formaları ilə yanaşı,
dərs-müzakirə, dərs-yaradıcı fəaliyyət, dərs-ekskursiya formalarından istifadə
şagird yaradıcılığı baxımından böyük əhəmiyyət daşıyır.
Belə ki, Dərs-ekskursiya, Təbiət
materialları ilə tanışlıq mövzusunun tədrisi zamanı şagirdlər üçün çox maraqlı
olur.
Ən əvvəl şagirdlərə emal materialları
haqqında məlumat verir və mənşəyinə görə üç qrupa bölündüyünü onların nəzərinə
çatdırıram. Sonra şagirdləri məktəbin həyətinə aparır, 3 qrupa bölünmüş şagirdlərə
müxtəlif tapşırıqlar verirəm. Qrupların birinə bitki mənşəli, 2-cisinə heyvan mənşəli,
3-cüsünə mineral mənşəli materiallar toplamağı tapşırıram. Bu zaman şagirdlər təbiət
haqqında bir sıra biliklər əldə etməklə yanaşı, seçmək, fərqləndirmək, toplamaq
kimi bacarıqlara yiyələnirlər. Bütün bunlar şagirdlərin ümumi inkişafına (həm
bilik, həm də fəaliyyət baxımından) təkan verir və yradıcılığını inkişaf
etdirir. Topladığı materiallardan nələr düzəltməyin mümkün olduğunu özü düşünüb
tapa bilir.
“Təsviri
incəsənət” fənni ilə “Texnologiya” fənni arasında daim bir-biri ilə inteqrasiya
yaranır. Bu iki fənn arasında sıx fənlərarası inteqrasiya mövcuddur. Şagirdlər
Təsviri incəsənət dərslərində öyrəndikləri bilikləri yapma, aplikasiya, mozaika
işlərində böyük bir bacarıqla tətbiq edərək kompozisiya yarada bilirlər. Buna
görə də, şagirdlərin kontrast, kolorit, əsas və qarışıq rənglər haqqında biliklər əldə etmələrinə,
onları fərqləndirməyi bacarmalarına çalışıram. “Siluet” və “Kompozisiya”
terminləri haqqında bilən şagird Texnologiya dərslərində çox gözəl bacarıqlar
nümayiş etdirə bilir.
Hər iki fənnin tədrisi zamanı
kurikulumun tələblərinə ciddi əməl edərək fənn üzrə məzmun standartlarını, təlim
məqsədlərini,dərsin forma və üsullarını düzgün müəyyənləşdirməklə maraqlı təlim
prosesi qurmaq mümkündür. Bununla da biz
müəllimlər təlimin təşkilinə verilən tələbləri əsas tutaraq sonda nəticəyönümlü
təlimə nail ola bilərik. Düzgün təşkil olunmuş texnologiya, təsviri incəsənət dərsləri
şagirdlərimizin hərtərəfli inkişafında müstəsna əhəmiyyət kəsb edə bilər.
Mustafayeva
Gültəkin
Bakı
şəhəri “Zəngi liseyinin” ibtidai sinif müəllimi
“Ən
yaxşı müəllim”müsabiqəsinin (2009-cu il) qalibi, təlimçi müəllim
Hiç yorum yok:
Yorum Gönder